Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda "Niva" piyadanı vurub

© Sputnik / Rahim MuradovLənkəran Mərkəzi Rayon Xəstəxanası
Lənkəran Mərkəzi Rayon Xəstəxanası - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 may - Sputnik. Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən hadisə Lənkəran rayonunun Xolmili kəndi ərazisində baş verib.

Belə ki, Arzu adlı şəxs idarə etdiyi "Niva" markalı minik avtomobili ilə Xolmili kənd sakini, 1999-cu il təvəllüdlü Fərman Səfərovu vurub. F.Səfərov dərhal hadisəni törədən "Niva" markalı minik avtomobilinin sürücüsü Arzu adlı şəxs tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı kəllə-beyin diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Xəsarət alan Fərman Səfərovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0