10:35 13 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
176 0 0

Yanqondan Mandalaya uçan Embraer ERJ-190LR təyyarəsi şassidəki problemlər ucbatından "qarnı üstündə" eniş etməyə məcbur olub

BAKI, 12 may - Sputnik. İnternetdə Myanmar National Airline-a məxsus təyyarənin Myanmanın Mandalay şəhərində sərt enişinin videosu yayılıb.

Mayın 12-də 81 sərnişin və 7 heyət üzvü ilə Yanqondan Mandalaya uçan Embraer ERJ-190LR təyyarəsi şassidəki problemlər ucbatından "qarnı üstündə" eniş etməyə məcbur olub.

Ölkənin Mülki Aviasiya İdarəsinin rəsmi nümayəndəsi Ce Tut insident nəticəsində heç kimin xəsarət almadığını deyib.

Son bir həftə ərzində Myanmada sərnişin təyyarələri ilə bağlı artıq ikinci qəza hadisəsi baş verir. Mayın 8-də Biman Airlines şirkətinin təyyarəsi Yanqon hava limanında qəzaya uğrayıb. Nəticədə 30 nəfər xəsarət alıb.

Əsas mövzular