12:24 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8811
Təcili tibbi yardım

Cəlilabadda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb

© Sputnik / Irade JELIL
HADİSƏ
Qısa URL
96 0 0

Faktla bağlı araşdırma aparılır

BAKI, 12 may - Sputnik. Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb. Belə ki, yolun kənarında oynayan kənd sakini, 5 yaşlı uşağı "VAZ-2107" markalı minik avtomobili vurub. Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda azyaşlının şəxsiyyəti dəqiqləşdirilir.

Məlumata görə, sürücü avtomobili yeni alıb.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular