CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Duman, yağış, dolu - "Nəhs" günün hava proqnozu

© Sputnik / Taleh MahmudovДождливая погода в Баку
Дождливая погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah Bakıya yağış yağacaq, rayonlara dolu düşəcək

BAKI, 12 may — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq, lakin axşam qısamüddətli yağış yağacağı ehtimalı var.

Первый мокрый снег в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şimşək, leysan və... yenə qar

Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-27° isti, Bakıda gecə 15-17° isti, gündüz 25-27° isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.   

Azərbaycanın rayonlarına gəlincə, mayın 13-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağışda fasilə olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18°  isti təşkil edəcək. 

Xəbər lenti
0