Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda sərxoş sürücü 5 nəfəri öldürdü

© REPORTTovuzda qəza
Tovuzda qəza - Sputnik Azərbaycan
Abunə olmaq
"Shacman" markalı yük maşınının sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub və o, digər avtomobillərin yoluna çıxıb.

BAKI, 10 may – Sputnik. Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın ONA-ya istinadla məlumatına görə, Bakı-Quba yolunun Sumqayıtın Tağıyev qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Türkiyədə zavodda qəza oldu, 11 nəfər yaralandı

Belə ki, "Shacman" markalı yük maşını "Mercedes" markalı minik maşınını vuraraq üstünə çıxıb. Daha sonra minik maşını dərəyə aşıb.

Qəza nəticəsində "Mercedes"də olan 5 nəfərin öldüyü bildirilir.

"Shacman" markalı yük maşınının sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub və o, digər avtomobillərin yoluna çıxıb.

Qəzadan sonra onun idarə etdiyi yük maşını da yoldan çıxıb və yaxınlıqdakı qəbiristanlığa girib. Sürücü düşüb qaçmaq istəyərkən saxlanılıb.

Məlum olub ki, "Mercedes" markalı avtomobildə olanlardan dördü iki ailə imiş və onlar Goranboy rayonundan əsgər görüşündən qayıdaraq Şabrana gedirmişlər.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti
0