Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İki yük avtomobili toqquşub

© Sputnik / Ilham MustafayevElnar Mustafayevin cəsədinin axtarışı aparılan ərazidə post-patrul xidməti və təcili yardım avtomobili
Elnar Mustafayevin cəsədinin axtarışı aparılan ərazidə post-patrul xidməti və təcili yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobildə olan şəxsin meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb

BAKI, 8 may — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 "qaynar xətt"inə daxil olan məlumata əsasən, Ucar rayonunda "QAZ" və "Ford" markalı iki yük avtomobili toqquşub.

FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Ford" markalı yük avtomobilində olan 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti
0