01:09 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Qızıl-zinət əşyaları, arxiv şəkli

Bərdə sakininin oğurlanmış qızılları tapıldı

© Sputnik / Irade JELIL
HADİSƏ
Qısa URL
67 0 0

Pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qrup üzvləri saxlanılıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Bərdə sakininə məxsus qızıl-zinət əşyaları tapılıb.

DİN Mətbuat Xİdmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, mayın 4-də Bərdə rayon sakini Tural Çingizov RPŞ-yə ərizə ilə müraciət edərək evindən pul və qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri Aqil Maqsudov, Xəyal Vəzirov, Elməddin İsgəndərov və Rəhman Səfərov saxlanılıb. Araşdırmalarla onların 1730 manat dəyərində pul, 1 cüt qızıl sırğa, 2 ədəd üzük, 1 ədəd boyunbağı və bilərzik oğurladıqları müəyyən edilib. Oğurlanmış pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Əsas mövzular