02:34 27 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
167 0 0

Xətai rayonunda 130 ağacın məhv edilməsi ilə bağlı prokurorluğa müraciət edilib

BAKI, 7 may — Sputnik. Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, 5 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.

Əlaqədar

Uşaq bağçasının balaca sakinləri ağac əkiblər
Sumqayıtda tikinti şirkəti ağaclara qənim kəsilib
Sakinlər qərar verdilər: Gecəni küçədə yatarıq, amma ağacları kəsməyə qoymarıq
Fermerlərin harayı: Minlərlə ağac məhv olma təhlükəsi ilə üz-üzədir
Teqlər:
ekologiya, ağac, Baş Prokurorluq, Xətai rayonu

Əsas mövzular