04:23 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
130 0 0

Qəza nəticəsində azı 3 nəfər ağır xəsarət alıb

BAKI, 7 may - Sputnik. Bakıda yol-nəqliyyat hadisəsi baş verib. ONA-nın xəbərinə görə, Böyükşor qəsəbəsindəki Bakı Olimpiya stadionunun arxasında, Ziya Bünyadov prospekti istiqamətində gedən yolda 3 avtomobil toqquşub.

Qəza nəticəsində azı 3 nəfər ağır xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, hadisə barədə məlumat saat 07:41-də daxil olub: "Xəstəxanaya çatdırılan yaralılardan birinin vəıziyyəti çox ağırdır. Yüngül xəsarət alanlar da var. Xəstəxanadan bildiriblər ki, yol avtomobilləri ilə xəstəxanaya çatdırılanlar da olub. Həmin adamlara da yardım edilib".

Əsas mövzular