Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Salyanda güləşçilər qəzaya düşdü: Bir uşaq ölüb, 7 nəfər yaralanıb

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzaya düşənlər Biləsuvardan Bakıya yarışa gələn gənc güləşçilər olub

BAKI, 6 may — Sputnik. Salyan rayonunda yol qəzası baş verib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. 

Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Aran bölgəsində ağır qəza baş verib, ölən və yaralananlar var

Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı ilkin məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, hadisə zamanı 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.

Qeyd olunub ki, 1-i sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib: “Onlardan 6-sının vəziyyəti normal, 1-inin vəziyyəti isə ağır stabil qiymətləndirilir”.

İlkin məlumata görə, qəzaya düşənlər Biləsuvardan Bakıya yarışa gələn gənc güləşçilər olub.

Xəbər lenti
0