Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda sərxoş sürücü 14 avtomobili əzdi - VİDEO

© Sputnik / Irade JELILƏzilən avtomobillər
Əzilən avtomobillər - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq zərərçəkən sürücülərin Binəqədi Rayon Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb

BAKI, 2 may — Sputnik. Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi bina 56-57 ərazisində qəribə hadisə baş verib. Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, yaşayış binasının qarşısında park edilmiş avtomobillərdən biri (Toyota Land Cruiser markalı - red.) qəfildən hərəkət edib.

© Sputnik / Irade JELILƏzilən avtomobillər
Bakıda sərxoş sürücü 14 avtomobili əzdi - VİDEO - Sputnik Azərbaycan
Əzilən avtomobillər

Kadrlardan görünür ki, sürücü avtomobili qabağa-dala verir. Daha sonra isə həmin avtomobil dayanacaqda dayanmış avtomaşınları əzməyə başlayır. Sonda isə "Land Cruiser"in sürücüsü heç nə olmamış kimi avtomobildən düşərək gedir. Onun sərxoş və ya narkotik təsiri altında olduğu ehtimal olunur.

Artıq zərərçəkən sürücülər Binəqədi Rayon Polis İdarəsinə dəvət olunublar və onların izahatları alınıb.

Xəbər lenti
0