Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xəzər dənizini çirkləndirənlər cəzalandırılır - SİYAHI

© Sputnik / Murad OrujovHövsan qəsəbəsi ərazisində Xəzər dənizinin ekoloji vəziyyəti
Hövsan qəsəbəsi ərazisində Xəzər dənizinin ekoloji vəziyyəti - Sputnik Azərbaycan
Abunə olmaq
Yalama-Nabran ərazisində keçirilən monitorinqlər zamanı isə yaşayış məntəqələrində formalaşan tullantı sularının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması səbəbindən birbaşa dənizə axıdıldığı məlum olub

BAKI, 2 may — Sputnik. "Vətəndaşlarımızı, obyekt və müəssisə rəhbərlərini işlərində ciddi dönüş yaratmağa, istehsalat fəaliyyəti ilə birgə ətraf mühitə münasibətdə də sağlam mövqe tutmağa, axarları və Xəzər dənizini çirkləndirməməyə çağırırıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin idarə rəisi Ərəstun Həsənov bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiqlədi

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Xəzər dənizinin Xaçmaz sahil zolağında keçirilən son monitorinqlərin nəticələri göstərib ki, rayon ərazisində təmizləyici qurğular, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi tam mövcud olmadığından, müəssisə və təşkilatlarda formalaşan bərk məişət tullantıları və tullantı suları düzgün idarə edilmir və nəticədə çirkab sular təbii axarlar vasitəsilə birbasa Xəzər dənizinə axıdılır" - deyə o bildirib. 

Ə.Həsənov qeyd edib ki, aparılmış analitik təhlillərin nəticələrinə görə, su nümunələrində səthi aktiv və bioloji çirkləndirici maddələrin miqdarı normadan artıq olub.

ETSN rəsmisi vurğulayıb ki, Xaçmaz rayonu ərazisində ən çox çirklənməyə məruz qalan axarlar Qudyalçay, Qusarçay və Vəlvələçaydır ki, bunlar da Xəzəri çirklənməyə məruz qoyur. Çayların çirklənməsinə səbəb "Azərsu" ASC-nin 1 saylı Regional Su Kanal İdarəsinin Bioloji Təmizləyici Qurğusunun istismara yararsız olması və Quba-Xaçmaz kanalizasiya kollektorunun həmin təbii axara qoşulmasıdır. O qeyd edib ki, "Aysberq" oteli, "Aysberq" pivə və "Qafqaz" konserv zavodlarında formalaşan tullantı suları Qudyalçay vasitəsilə, Nabranda fəaliyyət göstərən "Malibu", "Oberlyuks", "Atlant", "Mayak", "Dənizçi", "Lokomativ", "Sunset", "Palma" istirahət mərkəzlərində formalaşan tullantı suları isə birbaşa Xəzər dənizinə axıdılır.

Флаг Соединенных Штатов Америки - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Azərbaycanın və Xəzər beşliyinin xarici siyasətində İran

Ə.Həsənovun sözlərinə görə, Yalama-Nabran ərazisində keçirilən monitorinqlər zamanı isə yaşayış məntəqələrində formalaşan tullantı sularının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması səbəbindən birbaşa dənizə axıdıldığı məlum olub. Bundan əlavə, Xaçmaz rayonunun bəzi ərazilərində və Xudat şəhərində bərk məişət tullantılarının düzgün idarə olunmadığı və antisanitar vəziyyətin əmələ gəldiyi müşahidə edilib.

Nazirlik rəsmisi aşkar olunan pozuntu hallarının aradan qaldırılması üçün ETSN tərəfindən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə, bələdiyyələrə, obyekt və müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlar verildiyini, xəbərdarlıq-bildiriş məktubları göndərildiyini deyib: "Tərəfimizdən monitorinqlər davam etdirilir və müvafiq tədbirlər görülür. Lakin, inzibati məsuliyyətə cəlb etməklə də iş bitmir. Bir daha obyekt və müəssisə rəhbərlərini işlərində ciddi dönüş yaratmağa, istehsalat fəaliyyəti ilə birgə ətraf mühitə münasibətdə də sağlam mövqe tutmağa çağırırıq".

Xəbər lenti
0