16:47 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
3824 0 0

Dünyasını dəyişənlərdən 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır

BAKI, 29 aprel — Sputnik. Göygöl rayonunda dəhşətli yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.  

Qəza "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Göygöldə baş verən yol nəqliyyat hadisəsi nəticəsində 8 nəfər dünyasını dəyişib.

"Onlardan 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır. Daha bir nəfər qadın isə Gəncə Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır" - deyə məlumatda qeyd olunub.

Hələlik həlak olanların və xəsarət alanın adları açıqlanmır. Hazırda faktla bağlı araşdırma aparılır.

"VAZ-2107"-nin sürücüsünün 1995-ci il təvəllüdlü Eldəniz Həsənov, "VAZ-2106"-nın sürücüsünün isə 1986-cı il təvəllüdlü Aslan Camalov olduğu müəyyən edilib. Sürücülərin hər ikisi Daşkəsən rayon sakinləridir.

Əlaqədar

Onlarla insanın zərər gördüyü qəzanın günahkarları ələ keçdi - RƏSMİ
Onlarla maşının iştirakı ilə qəza oldu, 20-dən artıq yaralı var
Türkiyədə futbolçular qəzaya düşüblər, ölən və yaralananlar var
Teqlər:
hadisə, avtomobil, qəza

Əsas mövzular