04:29 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
193 0 0

Bakıda qəza törədən avtobus və yük maşınının sürücüləri tutulub

BAKI, 28 aprel - Sputnik. Paytaxtın Xəzər rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu birgə məlumat yayıb.

Aprelin 27-də Xəzər rayonu ərazisində 1988-ci il təvəllüdlü Rauf Dadaşovun idarə etdiyi “Man” markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobilinin 1969-cu il təvəllüdlü Hüseyn Məmmədovun idarə etdiyi “Daevoo” markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşması nəticəsində 29 nəfər şəxsin zərər çəkməsi və Rauf Dadaşovun hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Əsas mövzular