Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda Türkiyə vətəndaşının gizli planının üstü açılıb

© Sputnik / Hikmet Orhun"Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində vəziyyət
Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda faktla bağlı araşdırma aparılır

BAKI, 27 aprel — Sputnik. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda "Mercedes Travego" markalı nəqliyyat vasitəsi saxlanılıb və avtomobili idarə edən Türkiyə Respublikasının vətəndaşı şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobilin yük yerindəki pilləkənin altında, gizli saxlanc yerində 3 ədəd metal qəlib, ümumulikdə 25 adda 21 qutu və 59 ədəd avtomobil ehtiyat hissəsi, 3,4 kq metal oxlar, 14 kq inşaat materialı və 5 kq tibbi ləvazimat aşkarlanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0