CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DTX əməliyyat keçirdi: Xeyli silah-sursat tutuldu

© Photo : State Security Service of the Republic of AzerbaijanСотрудники Службы государственной безопасности Азербайджана, фото из архива
Сотрудники Службы государственной безопасности Азербайджана, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyatçılar şübhəli bağlamada tapançalar və sursat aşkar ediblər

BAKI, 26 aprel — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şimal-qərb regional mərkəzinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Kəbəloba kəndi ətrafında yerləşən meşəlik ərazidə şübhəli bağlama aşkar edilib.

Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin bağlamaya baxış zamanı onun içərisində bir ədəd “Revolver” tipli tapança, bir ədəd ov tüfəngi 23 gilizlə birlikdə, iki ədəd əl qumbarası, bir ədəd 4,5 mm-lik tapança, 680 ədəd müxtəlif silahlara məxsus güllələr, bir ədəd gecəgörmə cihazı, bir ədəd avtomat patron darağı, bir ədəd idman tapançası 2 patron darağı ilə birlikdə və bir ədəd 9 mm-lik tapança darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0