03:39 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
76 0 0

Faktla bağlı ekspertizanın aparılması üçün müvafiq nümunələr götürülərək laboratoriyalara təqdim olunub

BAKI, 25 aprel — Sputnik. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (QTA) və aidiyyəti qurumların əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında fəaliyyət göstərən quş kəsim sexinə baxış keçirilib. 

QTA-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, baxış zamanı vətəndaş Babayev Ceyhun Rafiq oğluna məxsus sexin qeyd olunan ünvanda gecə saatlarında fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib.

Qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su ilə doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı aşkarlanıb.

Həmçinin baxış zamanı sexdə kəsilən toyuqların qanı və iç orqanlarının anti-sanitar şəraitdə sexin döşəməsinə yığılaraq oradan kanalizasiya xəttinə axıdıldığı məlum olub.

Faktla bağlı ekspertizanın aparılması üçün müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Emal sahəsində araşdırmalar davam edir.

Əlaqədar

Təndirdə hind toyuğu kababı
Anti-sanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlandı
Bakıda inanılmaz oğurluq – Fabrikdən 170 minlik toyuq aparıldı
Teqlər:
quş, toyuq, QTA

Əsas mövzular