Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda qətl törədən şəxs həbs edilib

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini S.Cəfərov saxlanılıb

BAKI, 25 aprel — Sputnik. Aprelin 24-də saat 21 radələrində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini S.Cəfərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti
0