Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ağır yaralanan 4 yaşlı uşağın durumu haqda son məlumat açıqlandı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidXəstəxana. Arxiv şəkli
Xəstəxana. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Uşağın vaksinləri vurulub" - Səhiyyə Nazirliyi

BAKI, 22 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində it küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb.

1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) aparılan yaralıya quduzluq əleyhinə zərdab vurulub. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, azyaşlı artıq KTM-də palataya köçürülüb: “Uşağın vaksinləri vurulub, müalicəsi davam edir. Hazırda vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, cərrahi əməliyyat aparıldıqdan sonra azyaşlının yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Xəbər lenti
0