14:26 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Morq, arxiv şəkli

Fəhlə yıxılıb öldü, uşaq göldə batdı

© Sputnik / Musa Muradli
HADİSƏ
Qısa URL
69 0 0

Bakıda bir gündə iki bədbəxt hadisə baş verdi

BAKI, 21 aprel – Sputnik. Bakıda fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu, Mövsüm Sənani küçəsi 63 ünvanında baş verib.

Həmin ünvanda inşa edilməkdə olan yeni binada çalışan 55 yaşlı Elçin Əliyev iş prosesi zamanı 13-cü mərtəbədən yıxılaraq ölüb.  

Qaradağ rayonunda uşaq ölümü hadisəsi qeydə alınıb. Belə ki, Lökbatan qəsəbəsində 6 yaşlı Ayxan Cavadlı gölməçəyə düşüb. Nəticədə o ölüb.

Əsas mövzular