07:58 19 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Polis maşını hadisə yerində

Bakıda kuryoz hadisə: Gecə evə oğlan dəvət edən qız anasına qapını açmadı

© Sputnik / Leyla Abdullayeva
HADİSƏ
Qısa URL
279 0 0

Oğlanla ev girən qızı çıxarmaq üçün xilasedicilər qapını qırmalı olublar

BAKI, 21 aprel – Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 və Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edən bir qadın mənzildə bağlı qapı arxasında qalan qızının onun çağırışlarına cavab vermədiyini bildirib.

Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, dərhal əraziyə polis, təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.

Hadisə yeri müayinə edilib, xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyi ilə qapını açıblar. Mənzilə daxil olan ananı qızı N.Qurbanova oğlan dostu ilə qarşılayıb. Qız oğlan dostunu evə şam yeməyinə dəvət etdiyini bildirib.

Gənclərin hərəkətləri polis əməkdaşlarında müəyyən şübhələr yaratdığından onlar polis orqanına aparılıblar.

Araşdırmalardan sonra fakta hüquqi qiymət veriləcək.

Əsas mövzular