Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda partlamamış top mərmisi tapılıb

© © ANAMA-nın mətbuat xidmətiTop mərmisi
Top mərmisi - Sputnik Azərbaycan
Abunə olmaq
Top mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb

BAKI, 18 aprel — Sputnik. 2019-cu il 18 aprel tarixində saat 13:46-da Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində 1 ədəd top mərmisinin tapılması barədə məlumat daxil olub.

Bakıda top mərmisi tapılıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda metro stansiyası yaxınlığında top mərmisi tapılıb

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri, Dövlət Sərhəd Xidmətinin və Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis və sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (BM-17) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Top mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti
0