Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda 33 yaşlı qadını amansızlıqla öldürdülər

© Sputnik / Murad OrujovPost patrul xidmətinin maşını, arxiv şəkli
Post patrul xidmətinin maşını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayətin qarət məqsədilə törədildiyi müəyyən edilib. Evdən iri məbləğdə qızıl-zinət əşyaları yoxa çıxıb

BAKI, 17 aprel — Sputnik. Aprelin 17-də Bakıda, Xəzər rayonunun Şağan qəsəbəsində qadın xüsusi amansızlıqa qətlə yetirilib.

Yanğının söndürülməsi, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Xırdalanda dəhşətli qətl: Gənc oğlan əmisini öldürüb, yandırdı

Sputnik Azərbaycan oxu.az-a istinadla xəbər verir ki, bu barədə Xəzər rayon Prokurorluğundan məlumat verilib.

İlkin məlumata görə, cinayətin qurbanı 33 yaşlı Şağan sakini Kütahi Məlikova yaşadığı evdə qətlə yetirilib. Naməlum şəxs evə daxil olaraq, onun sinə nahiyəsinə çoxsaylı bıçaq zərbələri endirib, daha sonra boğazını kəsib.

Cinayətin qarət məqsədilə törədildiyi müəyyən edilib. Evdən iri məbləğdə qızıl-zinət əşyaları yoxa çıxıb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi açılıb. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxslərin axtarışı ilə məşğuldur.

Xəbər lenti
0