08:56 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9126
Post-patrul xidmətinin avtomobilləri

Paytaxtda obyektlərin qənimləri saxlanıldı

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
18 0 0

Səxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir

BAKI, 17 aprel — Sputnik. Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Məlumata görə, zərərçəkən obyekt sahibi 37-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, marketdən 250 manat, danışıq kartları və tütün məmulatları naməlum şəxslər tərəfindən oğurlanıb.

Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramlı və Kürdəmir rayon sakini Nicat Yunusov saxlanılıblar. Onlar ifadələrində oğurluq etdiklərini etiraf ediblər.

Xətai RPİ-də saxlanılan şəxslərin ətraflarında aparılan əlavə əməliyyat tədbirləri ilə onların rayon ərazisində əlavə olaraq 9 mağazadan, 2 həyətyanı sahədən və 3 saxlanc yerindən pul, tütün məmulatları və məişət əşyaları oğurladıqları məlum olub.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Əsas mövzular