07:08 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9126
Metropolitenin deposu

"Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşı faciəli şəkildə dünyasını dəyişib

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
452 0 0

Maşinist Keşlə stansiyasından "Bakı Metropoliteni"nə gedən dəmiryolu xəttinin üzərində olan işıq kabelini qaldırmaq üçün teplovozun üzərinə çıxıb və ehtiyatsızlıqdan yıxılıb

BAKI, 17 aprel — Sputnik. Dünən səhər saatlarında Bakı şəhərinin Nəriman Nərimanov rayonunda maşinist teplovozdan yıxılaraq dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Hadisə Z.Bünyadov prospektində baş verib. Belə ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus olan teplovoz maşinist Çıxkərimov Nizami Hacıkərim oğlu Keşlə stansiyasından "Bakı Metropoliteni"nə gedən dəmiryolu xəttinin üzərində olan işıq kabelini qaldırmaq üçün teplovozun üzərinə çıxıb və ehtiyatsızlıqdan yıxılıb.

O, hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Prokurorluqda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Əlaqədar

“Bakı Metropoliteni”ndə vacib yenilənmə
Metroda qatarların gecikmə səbəbi bəlli oldu
Bakı Metropolitenində ilk: Qadın maşinist işə götürüldü
Metroda sıxlıq probleminə son qoyulur: Sürət artacaq, interval azalacaq
Teqlər:
maşinist, "Bakı Metropoliteni" QSC, Bakı şəhəri

Əsas mövzular