11:26 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Yanğın

Bakıda iki yaşayış binasında yanğın olub, həlak olan var

CC0 / Skeeze / Firefighter
HADİSƏ
Qısa URL
186 0 0

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır

BAKI, 17 aprel — Sputnik. Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. 

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Yanğının kəşfiyyatı zamanı 1949-cu il təvəllüdlü İbrahimova Validə Nəsir qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bakı şəhərinin Yasamal rayonunda isə çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 30 ədəd elektrik sayğacı və 10 p.m kabel yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər və digər elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlaqədar

Sabunçu rayonunda yanğın olub
Paytaxtda yanğın baş verib
FHN yanğınla bağlı məlumat yaydı
Azərbaycanda yanğınlar: Statistika və faktlar
Teqlər:
yanğın, bina, yaşayış

Əsas mövzular