17:14 20 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Tərəzi və məhkəmə çəkici, arxiv şəkli

Şagirdi intihar edən məktəbin direktoru barəsində hökm verildi

CC0 / succo / hammer
HADİSƏ
Qısa URL
6709 0 0

Hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçmiş direktorun məhkəmə prosesi baş tutub

BAKI, 16 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, aparılmış istintaqla həmin məktəbin direktoru işləmiş Sevinc Abbasovanın xidməti vəzifələrini lazımı qaydada yerinə yetirmədiyi müəyyən edilib. Vaxtaşırı olaraq özünə qapanan Elina Hacıyevanın ruhi-emosional vəziyyətinə xüsusi həssaslıqla yanaşmamaqla, ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd münasibətinin ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasına, habelə hadisə baş verdikdən dərhal sonra təcili-tibbi yardım çağırılmasını vaxtında təmin etməyərək E.Hacıyevanı təhlükədə qoymasına dair əsaslı şübhələr müəyyən edilib.

Bu gün Səbail Bayon Məhkəməsində hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçmiş direktorun məhkəmə prosesi baş tutub. Məhkəmənin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi başlanılıb.

Məktəbin direktoru Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Əlaqədar

Bakıda məktəbli qızın dəhşətli intihar videosu yayıldı
İntihar edən şagirdin atası danışdı: "Ölümündən 2 gün öncə zəng edib demişdi ki..."
Məktəbli qızın intiharından sonra jurnalistlər üçün daha bir şok
Məktəbdə psixoloqların sayı yetərli deyil - psixoloqdan Elinanın intiharına münasibət
Teqlər:
məhkəmə, şagird, intihar, direktor, məktəb

Əsas mövzular