06:58 23 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Bakı məscidlərindən birində cinayət törədilib

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
188 0 0

Baş verən hadisə məscidin təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb

BAKI, 16 aprel — Sputnik. Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən məsciddə axundun iş otağından oğurluq edilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. 

Zərərçəkən rayon polis idarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək otağın qapısının naməlum şəxs tərəfindən qırıldığını və oradan 1500 manat, eləcə də 500 ABŞ dollarının oğurlandığını qeyd edib.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Mirzəyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edib.

Qeyd edək ki, A.Mirzəyevin oğurluq əməli məscidin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Araşdırma zamanı saxlanılan şəxsin ötən ilin sentyabr ayında Yasamal rayonunda yerləşən məscidlərdən birində nəzir qutusundan da oğurluq etdiyi və bu əməlinə görə polislər tərəfindən saxlanılaraq 3 ay müddətinə inzibati qaydada həbs olunduğu da məlum olub.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Əlaqədar

Məsciddə inanılmaz oğurluq etdi - VİDEO
Türkiyədə yenidən zəlzələ olub – Üç məsciddə çatlar əmələ gəlib
Böyük Britaniyada məscidlərə silsilə hücumlar edildi
Müsəlmanların kütləvi qətlə yetirildiyi məscidlərin fəaliyyəti bərpa edilib
Teqlər:
pul, oğru, polis, məscid

Əsas mövzular