23:19 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Bakıda 9 yaşlı şagirdin başına gətirilənlərin təfərrüatı məlum oldu

© Photo: REPORT
HADİSƏ
Qısa URL
3690 0 0

BŞTİ: Azyaşlı evdə atası tərəfindən döyüldüyünü və bu səbəbdən xəsarətlər aldığını bildirib

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 16 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, Bakıda 158 nömrəli orta məktəbin şagirdi valideyni tərəfindən döyülüb. Özünü narahat hiss edən 9 yaşlı oğlan dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) göndərilib.

Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 15.04.2019-cu il tarixində ibtidai sinif şagirdi (şagirdin adı açıqlanmır - red.) müəllimə müraciət edərək ayaqlarının ağrıdığını deyib. Şagirdin bədəninə baxış keçirilən zaman hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələr aşkarlanıb.

"Uşaqla aidiyyəti şəxslərin iştirakı ilə söhbət aparılıb. Azyaşlı evdə atası tərəfindən döyüldüyünü və bu səbəbdən xəsarətlər aldığını bildirib" - deyə BŞTİ-dən bildirilib.

Uşağın müayinəsi məqsədilə təcili-tibbi yardıma müraciət olunub və o xəstəxanada həkim nəzarətindən keçirilib: "Operativ olaraq faktın araşdırılması və zəruri qanuni tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya müraciət olunub. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma aparılır".

Sözügedən orta məktəbdən də Sputnik Azərbaycan-a məsələ barədə açıqlama verilib. Bildirilib ki, şagird evlərində olan zaman döyülüb: "Azyaşlı evdən döyülərək gəlib. Bizdə olan məlumata görə, uşağı atası döyüb".

"Uşağın anası namaz qılan, başı bağlı bir qadındır. Uşaq yaxşı ailədəndir. İlk dəfədir ki, bu uşaqla bağlı belə bir hadisə baş verir" – deyə məktəbdən vurğulanıb.

Xatırladaq ki, uşaq 1 saylı KTM-də müayinə olunduqdan sonra evə buraxılıb.

Əlaqədar

Məktəbdə psixoloqların sayı yetərli deyil - psixoloqdan Elinanın intiharına münasibət
Təhsil Nazirliyi internat məktəbi ilə bağlı iradlara cavab verdi
Daha bir məktəbli döyülərək xəstəxanalıq olub
Orta məktəblərdə psixoloq problemi - Hər şeyi onlardan gözləmək düzgündürmü
Teqlər:
təhsil, xəstəxana, şagird, məktəbli, məktəb, 1 saylı Kliniki Tibbi Mərkəz

Əsas mövzular