Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dəhşət saçan İmişli cinayətinin təfərrüatı ortaya çıxıb

CC0 / Republica / killTovuzda qətl hadisəsi
Tovuzda qətl hadisəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı cinayət işi başlayıb, araşdırmalar aparılır

BAKI, 14 aprel — Sputnik. İmişlidə qətl hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu rayonun Ölcələr kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədova Vahidə Mahmud qızını başından küt alətlə vuraraq qətlə yetirib.

Нож в руке, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Masallıda ər arvadını qətlə yetirdi

Daha sonra meyiti torbaya qoyaraq Araz çayına atıb. Meyit polis tərəfindən çaydan çıxarılıb.

İki azyaşlı uşaq anası olan Vahidə Məmmədovanın qətlinin təfərrüatı məlum olub. ONA-nın məlumatına görə, hadisəni törədən İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu həmin gün həmkəndliləri – 1995-ci il təvəllüdlü Cəlalzadə Hikmət Rasim oğlu və 1994-cü il təvəllüdlü Surxayzadə Anar Füzuli oğlu ilə sonuncuya məxsus "Mercedes" markalı 99 CF 146 dövlət nömrə nişanlı avtomobillə, 2018-ci ilin noyabr ayında tanış olduğu V.Məmmədovanın qaynı arvadı, 1996-cı il təvəllüdlü, iki uşaq anası Məmmədova (Nağıyeva) Ayşən Mirhəsən qızı ilə yaşadıqları ünvanda növbəti görüşə gəlib.

O.Seyidov onunla birgə gələn H.Cəlalzadə və A.Surxayzadədən Ayşənin əri Məmmədov Emin Mustafa oğlunun yaxınlıqda işlətdiyi mağazaya nəzarət etmələrini və əgər o, evə gələrsə, bu barədə ona xəbər vermələrini xahiş edib. Sonra O.Seyidov A.Məmmədovanın yaşadığı evə gəlib, onunla otaqda intim münasibətdə olarkən V.Məmmədova onları bir yerdə görüb.

V.Məmmədova həmin vaxt mobil telefonla A.Məmmədovanın əri E.Məmmədova zəng edərək məlumat vermək istəyib. Bunu görən O.Seyidov bir neçə dəfə yumruqla, sonra isə A.Məmmədovanın həyətdən gətirdiyi taxta parçası ilə V.Məmmədovanın boyun və baş nahiyələrinə zərbələr endirib.

V.Məmmədovanın həmin zərbələrdən ölmədiyini görən O.Seydov əynindəki gödəkçədən istifadə edərək onu boğaraq qətlə yetirib. Sonra isə meyiti A.Məmmədovanın gətirdiyi sintetik torbaya qoyub, yoldaşları H.Cəlalzadə və A.Surxayzadəyə zəng edərək avtomobili həmin evin həyət darvazası yaxınlığına sürmələrini xahiş edib.

O.Seyidov H.Cəlalzadə ilə köməkləşərək meyit olan torbanı avtomobilin yük yerinə yerləşdirib. Sonra onlar meyiti Araz çayının üzərindən keçən körpüdən çaya atıblar.

O.Seyidov, H.Cəlalzadə, A.Surxayzadə və A.Məmmədova İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlayıb, araşdırmalar aparılır.

Xəbər lenti
0