Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qəbələdə fövqəladə hadisə baş verib

© Photo : FHN mətbuat xidmətiQəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə növbəti əməliyyat müşavirəsi keçirilib
Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə növbəti əməliyyat müşavirəsi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub

BAKI, 14 aprel — Sputnik. Qəbələ rayonunun Bayramkoxalı kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 48 m² sahədə, eyvanın tavanı 42 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yüksək temperaturdan birinci mərtəbənin lambirindən ibarət tavanı 72 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0