08:51 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9126
Kürdüstanda keçirilən referendumunun plakatının çapı, arxiv şəkli

Separatçıları dəstəkləyən azərbaycanlı məmura iş verildi

© REUTERS / Azad Lashkari
HADİSƏ
Qısa URL
114701

Füzuli Tanırverdiyev barəsində məhkəmə qərarı verildi

BAKI, 13 aprel — Sputnik. Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin sabiq müdiri Füzuli Tanırverdiyev barəsində cinayət işi qaldırılıb.

Sputnik Azərbaycan-ın Lent.az-a istinadla məlumata görə, ona Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə ittiham verilib. Cinayət işi Zərdab rayon məhkəməsində hakim Tahir Qubadovun icraatında baxılıb.

Məhkəmənin hökmü ilə F.Tanırverdiyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. F.Tanırverdiyev barəsində sınaq müddəti seçilib.

Hökmlə razılaşmayan F.Tanırverdiyev apellyasiya şikayəti verib.

Füzuli Tanırverdiyev
Füzuli Tanırverdiyev

Qeyd edək ki, bir müddət öncə, F.Tanırverdiyev özünün Feysbuk profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb, müxtəlif statuslar yazıb.

Sosial şəbəkələrdə bu məsələ ciddi rezonans doğurub. Bundan sonra F.Tanırverdiyev tutduğu vəzifədən azad edilib.

Əsas mövzular