Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Quba-Xınalıq yolu ilə bağlı daha bir xəbərdarlıq edildi

© Azerbaijan Highway State AgencyQuba-Xınalıq avtomobil yolunda hərəkət bərpa olunub
Quba-Xınalıq avtomobil yolunda hərəkət bərpa olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Quba-Xınalıq yolu qayalardan təmizlənib

BAKI, 12 aprel — Sputnik. "Dünən axşam saatlarında Quba-Xınalıq yolu qayalardan təmizlənib. Gecə təhlükəsizlik məqsədi ilə əməkdaşlar və texnikalarımız ərazidə növbədə olublar".

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib. O bildirib ki, ərazidən keçən sürücülərə həmin nöqtədə dayanmamaq xəbərdarlığı edilib. Əraziyuə xəbərdarlıqedici əlavə yol nişanları qoyulacaq. Ərazidə yenidən qaya parçalarının uçqunu təhlükəsi olduğundan sürücülərdən sözügedən yoldan zərurət olmadığı təqdirdə istifadə etməmək tövsiyyə olunur.

© Azerbaijan Highway State AgencyQuba-Xınalıq avtomobil yolunda hərəkət bərpa olunub
Quba-Xınalıq yolu ilə bağlı daha bir xəbərdarlıq edildi - Sputnik Azərbaycan
Quba-Xınalıq avtomobil yolunda hərəkət bərpa olunub

Xatırladaq ki, dünən Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb. Məlumata görə, dərhal hadisə yerinə Agentliyin əməkdaşları və xüsusi texnika cəlb edilib.

Xəbər lenti
0