Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Qaçqınkom" yanan bina ilə bağlı daha bir məlumat yaydı

© REPORTBakıda Babək prospektində yerləşən yataqxanada yanğın baş verib
Bakıda Babək prospektində yerləşən yataqxanada yanğın baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
"Qaçqınkom": Yanğınla bağlı yekun rəy əsasında müvafiq hüquqi addımlar atılacaq

BAKI, 10 aprel - Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakının Nizami rayonu, Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğınla bağlı məlumat yayıb.

Dövlət Komitəsindən daxil olan məlumatda deyilir: "Bu barədə xəbər alındıqdan dərhal sonra Baş nazirin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Dövlət Komitəsinin sədr müavinləri və digər məsul işçilər hadisə yerində olublar.

Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.

Qeyd edək ki, yanğın binanın üçüncü mərtəbəsindəki dəhlizdə baş verib. Yanğının söndürülməsi zamanı sudan ziyan dəymiş 23 mənzildə yaşayan məcburi köçkünə dövlət tərəfindən kirayə pulu veriləcək.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyyə olunub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq".

Xəbər lenti
0