Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yanğın olub, bir nəfər özünü binadan atıb

© Sputnik / Murad OrujovBakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb
Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Olay Babək prospektində yerləşən yataqxana binasında baş verib

BAKI, 10 aprel — Sputnik. Bakının Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib.

Пожарники тушат огонь - Sputnik Azərbaycan
HADİSƏ
Bakının məşhur göydələnində yanğın oldu

Hadisə şahidlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, yanğın Babək prospektində yerləşən yataqxana binasında başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələri cəlb edilib. Az sonra yanğın söndürülüb.

Yanğın zamanı 45 yaşlı kişi özünü yataqxana binasının 3-cü mərtəbəsindən atıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda onun vəziyyəti ağırdır. Yaralı Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.

Yataqxanada baş verən yanğınla bağlı iki təcili yardım briqadası göndərilib.

 

Xəbər lenti
0