Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Mingəçevirdə insanların gözü qarşısında dəhşət yaşanıb

CC0 / Alexas_Fotos / FireAlov, arxiv şəkli
Alov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mingəçevirdə 51 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb

BAKI, 7 aprel - Sputnik. Mingəçevirdə 51 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

ONA-nın məlumatına görə, hadisə şəhərin sağ sahil yaşayış sektorunda baş verib.

Şəhər sakini 1968-ci il təvəllüdlü Zakir Gülməmməd oğlu Süleymanov küçədə üzərinə benzin tökərək özünü yandırıb. Yalnız ətrafdakıların köməyi ilə alovlanan kişini söndürmək mümkün olub. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin nədən qaynaqlandığı məlum deyil. Bununla belə, Z.Süleymanovun psixoloji problemləri olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0