Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda 17 yaşlı yeniyetmə idman fəndi ilə öldürülüb

© Sputnik / Murad OrujovАвтомобили патрульно-постовой службы в Баку
Автомобили патрульно-постовой службы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Həmkəndlisi yeniyetmənin boynunu sındıraraq, meyitini gizlədib

BAKI, 6 aprel — Sputnik. Lənkəran rayonunda qətl hadisəsinin üstü açılıb.

Вырытая яма, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Masallıda dəhşətli qətl: Gənc oğlanı parçalayıb 3 rayonda basdırdılar

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, rayonun Digah kənd sakini, 2001-ci il təvəllüdlü Əkbər İlkin oğlu Quliyev martın 17-də həmkəndlisi, 2002-ci il təvəllüdlü Şamil Əmirəstan oğlu Bağırovu şəxsi münaqişə zəminində boğaraq qətlə yetirib. O, həmkəndlisini idman fəndi işlədərək boynunu sındırıb. Daha sonra meyiti kəndin kənarındakı sahibsiz yarımçıq tikilidə gizlədib. Ş.Bağırovun ailə üzvləri övladlarının Bakıda olduğunu bildikləri üçün onun evə gəlməməsi barədə polisə müraciət etməyiblər.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Quliyev saxlanılıb. Meyit gizlədildiyi yerdən götürülərək Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb və müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ə.Quliyev bir neçə il qaydasız döyüş növü ilə məşğul olub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0