CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ana və övladları dəm qazından zəhərləndi

CC0 / StockSnap / GasЧайник на газовой плите, фото из архива
Чайник на газовой плите, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
28 yaşlı qadın, 4 və 6 yaşlı iki övladı dəm qazından zəhərləndi

BAKI, 5 aprel — Sputnik. Bakıda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə Bakı şəhəri, Binəqədi şosesi, döngə 7 ünvanında qeydə alınıb.

Qeyd olunan ərazidə yaşayan ana və iki övladı dəm qazından zəhərlənib.

Hadisə gecə saatlarında baş verib. 28 yaşlı qadın, 4 və 6 yaşlı iki övladı ilə birgə Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Göstərilən yardımdan sonra vəziyyətləri stabilləşib.

Xəbər lenti
0