Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Binəqədidə restoranda atışma olub, yaralılar var

© Sputnik / Murad OrujovPolis maşınları, arxiv şəkli
Polis maşınları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda yerləşən “Çeşməli” restoranında insident baş verib

BAKI, 4 aprel — Sputnik. Bakının Binəqədi rayonunda yerləşən “Çeşməli” restoranında qohumlar arasında insident baş verib. Tərəflər arasında yaranan mübahisə atəş açılması ilə nəticələnib.

Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, 37 yaşlı Elçin Nəbiyev əlin deşilmiş-kəsilmiş yarası diaqnozu, 44 yaşlı zərərçəkmiş Vəli Nəbiyev isə kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Nazirliyin məlumatına görə, artıq yaralılara ilkin tibbi yardım göstərilərək evə buraxıblar.

Qeyd edək ki, tərəflərdən biri üzərində olan “Ekolbotan” markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.

Xəbər lenti
0