05:21 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9202
Avtomobil oğrusu, arxiv şəkli

Bakıda qəribə oğru tutuldu – Maşına girən şəxs orada yatıb qalıb

CC0 / TheDigitalWay / Burglar
HADİSƏ
Qısa URL
158 0 0

İstintaq zamanı onun avtomobillərdən ümumi dəyəri 1200 manat olan maqnitofonlar oğurladığı müəyyənləşib

BAKI, 4 aprel — Sputnik. Bakıda avtomobillərdən maqnitofon oğurlayan şəxs tutulub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon və paytaxt ərazisində avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən, əvvəllər məhkum olunmuş Rəhim Ələkbərov saxlanılıb. İstintaq zamanı onun avtomobillərdən ümumi dəyəri 1200 manat olan maqnitofonlar oğurladığı müəyyənləşib.

Rəhim Ələkbərov
Rəhim Ələkbərov

R.Ələkbərov sonuncu oğurluğunu törədərkən avtomobilin içərisində yatıb qalıb. Səhər avtomobilin sahibi oğrunu yatdığı yerdə tutub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əsas mövzular