10:41 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8968
Sahibkarlar yanan ticarət mərkəzi Diqlas-ın qarşısına

"Diqlas" məsələsində gözlənilməz dönüş

© Sputnik / Irade JELIL
HADİSƏ
Qısa URL
277 0 0

“Diqlas”da mağaza və anbarı yanan sahibkara 10 min, piştaxtası yanana 2 min manat veriləcək

BAKI, 3 aprel - Sputnik. “Diqlas” ticarət mərkəzində mağaza, anbar icarəyə götürmüş zərər çəkmiş sahibkara 10000 manat maddi yardım veriləcək.

ONA-nın məlumatına görə, bu, İqtisadiyyat Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərlməsi Qaydası”nda əksini tapıb.

Piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara isə 2000 manat maddi yardım ediləcək.

Maddi yardım zərər çəkmiş sahibkara dəymiş ziyandan artıq ödənilmir.

Qaydaya əsasən, İqtisadiyyat Nazirliyinə müraciət üçün maddi yardımın ödənilməsi haqqında ərizə forması da təsdiqlənib.

Əlaqədar

"Diqlas"da zərər çəkmiş sahibkarlara daha bir ticarət obyektində yer təklif olunur
"Diqlas"la bağlı yeni xəbər gəldi
"Diqlas"da malları yanan sahibkarlara daha bir dəstək
“Diqlas”dakı sahibkarlar üçün xoş xəbər

Əsas mövzular