CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda əcnəbini soyan şəxs tutulub

© Sputnik / Leyla AbdullayevaPolis maşını hadisə yerində
Polis maşını hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Əcnəbi vətəndaş naməlum şəxsin onun içərisində 200 manatı və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildiri

BAKI, 30 mart — Sputnik. Bakıda xarici vətəndaşın pulunu və mobil telefonunu alıb qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis bölməsinə müraciət edən əcnəbi vətəndaş Z.Əliyeva küçəsində naməlum şəxsin onun içərisində 200 manatı və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və bu cinayət əməlini törədən şəxs qısa müddətdə müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini A.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti
0