Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda müsibət: Mərc oyununda həyatını uduzdu

CC0 / geralt / Sad manГрустный мужчина, фото из архива
Грустный мужчина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qumar və mərc oyunlarına borcu olan komendant intihar edib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 27 mart — Sputnik. Bakıdakı çoxmərtəbəli binanın komendantını intihara sürükləyən səbəb qumar və futbol mərci olub. Bu, çoxmənzilli binanın komendantının ölümünü araşdıran Binəqədi Rayon Prokurorluğunun irəli sürdüyü versiyalardan biridir. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon Prokurorluğundan məlumat veriblər.

Həbsxana, arxiv şəkli - Sputnik Azərbaycan
Qumar və qadınlar azərbaycanlı biznesmenin evini yıxıb

34 yaşlı Nurəliyev Zaur Cavanşir oğlunun cəsədi martın 25-i saat 16:00-da, mərhumun komendantı olduğu Azadlıq prospektindəki 185 nömrəli evin zirzəmisində tapılıb. Kişinin cəsədi aşkarlanarkən, o, asılmış vəziyyətdə olub.

Hadisə yerinə gələn kriminalistlər mərhumun cibindən narkotik vasitə tapıblar. Lakin intihar zamanı Nurəliyevin narkotik vasitələrin təsiri altında olub-olmaması hələlik məlum deyil. Çünki ekspertizanın rəyi hələ ki, hazırlanmayıb.

Nurəliyevin doğmalarının bildirdiyinə görə, o, üst-üstə yığılmış pul borcları ucbatından depressiyaya düşüb. Qohumları bildiriblər ki, Nurəliyev varlanmaq eşqi ilə futbol üzrə mərc oyunlarında iştirak edirmiş. O, futbol oyunları ilə bağlı sonsuz sayda mərcə girişdiyindən, külli miqdarda borcu yaranıbmış.

Bütün mərc oyunları kimi bu oyun da bədbəxt sonluqla bitib. Hazırda faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

Qeyd edək ki, son 10 gün içində bu, çoxmənzilli yaşayış binasının komendantlarının intiharına dair ikinci faktdır. Birinci fakt martın 17-si saat 13:30-da "Rahatlıq" MTK-nın Sarabski küçəsi, 16 ünvanındakı yeni tikilən binasında qeydə alınıb. Burada komendant işləyən Xırdalan şəhər sakini, 34 yaşlı Dadaş Eyvazov özünü hündürdən aşağı atıb və ölüb.

Eyvazovun intiharının səbəbləri barədə hələlik heç nə məlum deyil. Lakin istintaqın əldə etdiyi məlumatlara görə, onun heç bir maddi sıxıntısı olmayıb. Buna görə də onun ölümündə nağd pul borcunun olmasının rolu barədə ehtimal dərhal kənara qoyulub.

Xəbər lenti
0