09:59 24 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Diqlasda yanğın

Dünənki yanğın acı həqiqəti üzə çıxarıb

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
1283 0 0

"İnkişaf etmiş sığorta bazarı olan ölkədə olanda, sahibkar nəinki malı üçün göz yaşı tökərdi, hətta yaxına gəlib zəhərli tüstünü də udmaq istəməzdi"

BAKI, 27 mart — Sputnik. "Dünənki yanğınla bağlı sığorta haqqında daha çox danışılır. Gəlin, bir həqiqəti bir daha xatırlayaq: bizim ölkəmizdə könüllü sığorta yox dərəcəsindədir. Sığorta şirkətləri icbari sığortaların və qanunda "könüllü" kimi nəzərdə tutulsa da, əslində məcburi olan sığortaların (məsələn, girov və ya lizinq predmetinin sığortası və s.) hesabına mövcuddur".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində paylaşım edib. O bildirib ki, vəziyyəti ilk növbədə sığorta şirkətləri özləri və bu sahədə dövlət idarəçiliyini həyata keçirən qurumlar dəyişməlidir.

"Sığorta xidmətini elə real və mükəmməl etmək lazımdır ki, sahibkar işə başlamazdan əvvəl ilkin addımlar sırasında sığorta müqaviləsini bağlamağı da unutmasın. Məsələn, dünənki kimi hadisə inkişaf etmiş sığorta bazarı olan ölkədə olanda, sahibkar nəinki malı üçün göz yaşı tökərdi, hətta yaxına gəlib zəhərli tüstünü də udmaq istəməzdi" - Hüseynov vurğulayıb.

Xatırladaq ki, dünən Bakının Nizami rayonu, Qara Qarayev prospektinin "8-ci kilometr" adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində güclü yanğın baş verib. Hadisə zamanı ümumilikdə 13 nəfər xəsarət alıb. Məlumata görə, onların səkkizi Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarıdır.

Əlaqədar

"Diqlas" ticarət mərkəzində yanğın zamanı xəsarət alanların dəqiq sayı bilindi
Ekspert yanğınla bağlı xəbərdarlıq etdi
Bakıda daha bir yanğın hadisəsi baş verib
Teqlər:
sahibkar, siğorta, yanğın

Əsas mövzular