Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanğında xəsarət alanların sayı artıb

© Sputnik / Murad Orujov“Diqlas” Ticarət Mərkəzində yanğın
“Diqlas” Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə Nazirliyi Bakıda ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb

BAKI, 26 mart - Sputnik. Bakının Nizami rayonu, Qara Qarayev prospektindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin 2 əməkdaşına təcili tibbi yardım göstərilib.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 3 nəfər FHN-nin əməkdaşı, 2 nəfər ticarət mərkəzinin mühafizə xidmətini əməkdaşı və 1 nəfər sahibkar xəsarət alıb. FHN-nin əməkdaşlarından biri Sabunçu Xəstəxanasına yerləşdirilib. Digər tüstüdən zəhərlənən şəxslərə isə yerindəcə tibbi yardım göstərilib. Əlavə məlumat veriləcək.

Xəbər lenti
0