Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanğın hadisəsi nəticəsində xəsarət alan var - RƏSMİ

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından biri sağ əlin kəsilmiş yarası ilə 3 saylı Sabunçu Rayon xəstəxanasına aparılıb

BAKI, 26 mart - Sputnik. Bakının "8-ci kilometr" adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla bağlı Səhiyyə Nazirlyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nizami rayonunda yerləşən Diqlas ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar hadisə yerinə 6 briqada göndərilib: “Briqadalarımız hadisə yerindədir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından biri sağ əlin kəsilmiş yarası ilə 3 saylı Sabunçu Rayon xəstəxanasına aparılıb. Hələ ki, digər tələfat və ya xəsarət alan şəxslərin olduğu barədə məlumat yoxdur”.

Hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmilər hadisə yerindədirlər. 

Xəbər lenti
0