Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda mənzildən qadın meyiti çıxdı

© Sputnik / Musa MuradliSəhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsi
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Yasamalda ölən 70 yaşlı qadının meyitini xilasedicilər çıxardı

BAKI, 25 mart — Sputnik. Paytaxtda mənzildə 70 yaşlı qadının meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Həsənova Rima Yusif qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti
0