05:22 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9202
Seysmoqraf. Arxiv şəkli

Türkiyədə yenidən zəlzələ olub – Üç məsciddə çatlar əmələ gəlib

© AFP 2019 / Sam Yeh
HADİSƏ
Qısa URL
3872 0 0

Dünəndən etibarən bölgədə 375 sarsıntı meydana gəlib

BAKI, 21 mart - Sputnik. Türkiyənin Denizli vilayətində güclü zəlzələ olub.

Sputnik Azərbaycan “Haber7”ə istinadla xəbər verir ki, 5,5 bal gücündə olan zəlzələdən sonra bölgədə sarsıntılar davam edir.

Verilən məlumata görə, dünəndən etibarən bölgədə 375 sarsıntı meydana gəlib.

Zəlzələnin episentri Acıpayam rayonu olub. Zəlzələ ilə əlaqədar Denizli Valiliyi açıqlama yayıb. Açıqlamada deyilir ki, zəlzələ nəticəsində 30 ev qismən dağılıb, 3 məsciddə çatlar əmələ gəlib, 2 baş iribuynuzlu heyvan tələf olub.

Əsas mövzular