Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İrandan Azərbaycana keçirilən 110 kiloqram heroin tutuldu

© The State Customs Committee of ARGömrükçülərdən daha bir uğurlu əməliyyat: 110 kiloqramdan artıq heroin aşkarlandı
Gömrükçülərdən daha bir uğurlu əməliyyat: 110 kiloqramdan artıq heroin aşkarlandı  - Sputnik Azərbaycan
Abunə olmaq
İrandan Avropaya aparılan 20 milyon manat dəyərində heroin Azərbaycanda tutulub

BAKI, 19 mart — Sputnik. Gömrükçülərin həyata keçirdiyi növbəti əməliyyat nəticəsində 110 kq 400 qram narkotik vasitənin-heroinin qaçaqmalçılığının qarşısı alınıb.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından külli miqdarda narkotik vasitələrin Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

© The State Customs Committee of ARGömrükçülərdən daha bir uğurlu əməliyyat: 110 kiloqramdan artıq heroin aşkarlandı
İrandan Azərbaycana keçirilən 110 kiloqram heroin tutuldu - Sputnik Azərbaycan
Gömrükçülərdən daha bir uğurlu əməliyyat: 110 kiloqramdan artıq heroin aşkarlandı

Məlumat əsasında İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İsveçə "yeyinti malları" adı altında yük daşıyan İİR vətəndaşı İranızadeh Alı Gholamabbasın idarə etdiyi "VOLVO" markalı yük avtomobili Biləsuvar gömrük postunda saxlanılıb və "Belıy" ləqəbli kinoloji xidmət iti vasitəsilə gömrük yoxlamasından keçirilib. Yoxlama zamanı xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun təkərlərinə reaksiya verib. Bundan sonra qoşqunun təkərləri açılaraq 3 ədəd hərəkətverici oxların içərisində, zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda gömrük nəzarətindən gizlədilmiş dairəvi-uzunsov formalı bağlamaların olduğu müəyyən edilib. Yoxlama zamanı yapışqanlı lentlə sarınmış dairəvi formalı bağlamaların içərisindən ümumilikdə 110 kq 400 qram narkotik vasitə-heroin aşkarlanıb.

© The State Customs Committee of ARGömrükçülərdən daha bir uğurlu əməliyyat: 110 kiloqramdan artıq heroin aşkarlandı
İrandan Azərbaycana keçirilən 110 kiloqram heroin tutuldu - Sputnik Azərbaycan
Gömrükçülərdən daha bir uğurlu əməliyyat: 110 kiloqramdan artıq heroin aşkarlandı

Tutulan narkotik vasitənin İran İslam Respublikasından İsveçə aparılmasını nəzərə alsaq, 110 kq 400 qram heroinin Avropanın "qara bazar"ında dəyəri təxminən 20 milyon manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0