08:55 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9126
Qəzaya düşən Zil yük avtomobili

Tovuzda dəhşətli ölüm: 21 yaşlı gənc yük maşınının altında qaldı - FOTO

© REPORT
HADİSƏ
Qısa URL
142 0 0

Yük maşınının sürücüsü və Əli Abbasovun atası, İltifat Abbasov isə ciddi xəsarət almayıb

BAKI, 17 mart — Sputnik. Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində gənc oğlan bədbəxt hadisə nəticəsində həyatını itirib.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, 21 yaşlı kənd sakini Əli Abbasov atası ilə meşəyə gedərkən, "ZİL" markalı yük maşını qəfildən aşıb.

Qəzaya düşən Zil yük avtomobili
Qəzaya düşən Zil yük avtomobili

Nəticədə maşının yük yerində olan gənc oğlan maşının altında qalıb. O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Yük maşınının sürücüsü və Əli Abbasovun atası, İltifat Abbasov isə ciddi xəsarət almayıb.

Qeyd edək ki, sərnişinin öldüyünü görən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular